Kaxa Kaladze: Gürcüstan Rusiya qazından asılı olmayacaq

Kaxa Kaladze: Gürcüstan Rusiya qazından asılı olmayacaq
11:48 12 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstan Rusiya qazından asılı olmayacaq. Trend-in "Qruziya-onlayn"a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze ölkəsinin Rusiya "Qazprom"u ilə qaz təchizatı barədə danışıqlarına aid sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Gürcüstanın Rusiya qazından asılı düşməmək üçün bir çox imkanı var.

Nazir qeyd edib ki, Gürcüstana tədarüklər şaxələndirilib, çünki ölkə qazı müxtəlif mənbələrdən alır - Cənubi Qafqaz qaz kəməri üzrə SOCAR-dan və tranzitə görə ödəniş qismində isə "Qazprom"dan: "Əgər rəqabət qabiliyyətli qiymət olarsa, gələcəkdə Türkmənistan və İrandan təbii qaz almaq imkanımız olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2479247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR