Gürcüstan yeni qaz siyasətinə keçir

Gürcüstan yeni qaz siyasətinə keçir
12:01 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

“Bəzi hallarda SOCAR şirkəti qazın fasiləsiz verilməsini təmin edə bilmir”.

ANS PRESS-in “gruzija online” saytına istinadla verdiyi məlumata görə, bu sözləri Gürcüstanın Neft və qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili deyib. Tvalabeişvili qeyd edib ki, son dövr Gürcüstanda qazın istehlakı əhəmiyyətli dərəcədə artıb.

“Bəzən SOCAR tərəfindən qazın verilməsində problemlər müşahidə olunur. Buna görə biz bəzi hallarda Rusiya qazının hesabına balansa riayət etməyə məcbur oluruq", - deyə Tvalabeişvili bildirib.


David Tvalabeişvili - Gürcüstanın Neft və qaz Korporasiyasının baş direktoru


Gürcüstan hökuməti hazırda “Qazprom” la əvvəlki razılaşmaları dəyişdirmək fikrindədir. Hökumət Ermənistana ötürülən Rusiya qazının tranziti üçün pul istəyir. Amma hazırki razılaşmaya görə, Rusiya Gürcüstan ərazisindən Ermənistana ötürdüyü qaza görə pul deyil, “mavi yanacaq” verir.

Rəsmi Tiflis Rusiya və İrandan qaz almağa çalışır. Əhali İrandan qaz alışına çox da etiraz etməsə də, Rusiyanın Gürcüstanın enerji bazarına daxil olmasına birmənalı münasibət göstərmir.

Ötən gün isə Mixail Saakaşvilinin partiyası Gürcüstan hökumətindən Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsi bağlanması ilə bağlı açıqlama verməyə çağırıb.

Etirazçılar müqavilə elan edilmədiyi təqdirdə partiya üzvlərinin dövlət əleyhinə irimiqyaslı aksiyalar keçirəcəyini bəyan ediblər.

Etirazçılar iddia edir ki, Rusiyanın Gürcüstana qaz nəql etməkdə siyasi maraqları var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR