Milli.Az-a daxil olan oxucu müraciətlərində qeyd edilir ki, Azerspace-1 peyki üzərindən yayımlanan televiziya və radio kanallarının, xüsusən də TV kanalların sayı əvvəlki vaxtla müqayisədə xeyli azalıb.
Məsələ ilə bağlı "Azərkosmos" ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azerspace-1 peykindən 80-dən çox televiziya kanalı və 13 radio kanalı yayımlanır: "Hal-hazırda Azerspace-1-də yeni kanalların yayımlanması ilə bağlı işlər görülür. Mütəmadi yenilənən kanal siyahısı barədə məlumatı http://azercosmos.az/az/channel-list-2 saytını izləməklə əldə etmək olar".
Qeyd edək ki, 2014-cü ildə "Azərspace-1" peyki üzərindən 60-dan çox televiziya və radio kanalı yayımlanırdı.
İlkin İzzət
Milli.Az