Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Expressbank": Pulu evdə yox, "Mücrü"də saxlayın

"Expressbank": Pulu evdə yox, "Mücrü"də saxlayın

Date: 12 January 2016 12:08

Bakı. Trend:

"Expressbank"ın təqdim etdiyi “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər. Bankdan Trend-ə verilən məlumata görə, Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır. Bu əmanət üzrə illik maksimal faiz 13,5% təşkil edir.

Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur. Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini filiallarda, bankın korporativ saytında, həmçinin ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmananətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Expressbank Pulu evdə yox Mücrüdə saxlayın

RƏYLƏR


Top news