Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kriştianu Ronaldu: "Messi məndən üstündür" - FOTO

Kriştianu Ronaldu: "Messi məndən üstündür" - FOTO

Date: 12 January 2016 12:13

İspaniyanın "Real" (Madrid) klubu və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu "Barselona"nın forvardı Lionel Messinin sol ayağından danışıb.

Milli.Az El Mundo Deportivo-ya istinadən bildirir ki, FİFA-nın ilin ən yaxşı oyunçusunu seçdiyi və "Qızıl Top" mükafatını təqdim etdiyi mərasimdən əvvəl keçirilən mətbuat konfransında K.Ronaldu deyib: "Messinin sol ayağı həqiqətən də çox yaxşıdır. O, mənim sol ayağımdan yaxşıdır. Messi mənimlə müqayisədə "Qızıl Top"u udmaq üçün daha çox şanslara malikdir".

Messi də tərifləri cavabsız qoymayıb: "Ronalduda istənilən futbolçunun həsəd apara biləcəyi bir sıra məziyyətlər var".

"Qızıl Top" dünən Messiyə verilib. Mükafata Kriştianu Ronaldu və "Barselona"nın forvardı Neymar da iddialı idilər.

Milli.Az






































Tags:  Kriştianu Ronaldu Messi məndən üstündür FOTO

RƏYLƏR


Top news