"Unicapital" investisiya fəaliyyəti göstərmək üçün lisenziya alıb

"Unicapital" investisiya fəaliyyəti göstərmək üçün lisenziya alıb
12:13 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nizamnamə kapitalı 100%-lik "Unibank"a məxsus olan “Unicapital İnvestisiya Şirkəti” qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq. Bankdan Trend-ə verilən məlumata görə, “Unicapital İnvestisiya Şirkəti” ASC tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün yanvarın 8-də İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alıb.

Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. “Unicapital İnvestisiya Şirkəti” şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcək. Şirkət qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, marja ticarəti kimi əsas investisiya xidmətləri göstərəcək.

İnvestorlar “Unicapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə biləcəklər.

Hazırda “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300.000 manat təşkil edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) əldə etmək olar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2479256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR