Türkiyə mətbuatı yenə də əməkdar artist Röya Ayxandan yazıb.
Axşam.az-ın məlumatına görə, müğənni bu dəfə “milliyət.com”a müsahibə verib. O, qardaş ölkədə sənəti ilə bağlı hədəflərindən danışıb:
“Hədəfim Türkiyədə də sevilməkdir. Burada da Azərbaycandakı kimi çox sevilmək istəyirəm. Böyük və çətin bir hədəfdir, amma əmin addımlarla irəliləyirəm. Türkiyə ilə Azərbaycandakı sənət arasında çox fərq var. Türkiyədə işlər daha təmiz gedir. Azərbaycanda isə hər şey bir az geridədir. Film sahəsi dünyada çox inkişaf edib. Azərbaycanda isə bu sahə hələ yeni inkişafa başlayıb. Buna görə çox ümidliyəm”.
Röya Ayxan Türkiyədən aktrisalıq təklifi aldığını da bildirib:
“Bir filmə təklif aldım, çox təəccübləndim. Bu məni çox xoşbəxt etsə də, “hə” deyə bilmədim. Gərgin bir ərəfədəyəm və musiqi mənim üçün brinci yerdədir. Eyni anda "seriala çəkilim, klip ekranlaşdırım və telekanallara çıxım" deyə bir iddiam yoxdur”.