Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kəpəz" Vidadi Rzayevə köməkçi təyin etdi

"Kəpəz" Vidadi Rzayevə köməkçi təyin etdi

"Kəpəz"in həsrəti 106 gün sonra bitdi (13 Mart 2017 17:27)
Qurban Qurbanov: "Komanda qələbə üçün nə lazım idisə etdi" (12 Fevral 2017 17:37)

Tarix: 12 Yanvar 2016 12:17

Ötən gün Vidadi Rzayevin "Kəpəz"də yeni vəzifəyə təyin olunması barədə xəbər vermişdik. Əldə etdiyimiz məlumatda bildirilirdi ki, veteran futbolçu Gəncə klubunun U-19 komandasına baş məşqçi təyin edilib.


Artıq klub xəbəri təsdiqləyib. "Kəpəz"in rəsmi açıqlamasında bildirilir ki, bu komandanın baş məşqçisi olmuş Fuad İsmayılov da klubu tərk etməyib. O, Vidadi Rzayevin köməkçisi təyin edilib.


U-19 komandasında köməkçi-məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.


Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda I divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. 


Fanat.az


Teqlər:  Kəpəz Vidadi Rzayevə köməkçi təyin etdi



RƏYLƏR


Top xəbərlər