"Toyumuzda heç kim yoxdur" dedilər, tanımadıqları 400 nəfər gəldi

"Toyumuzda heç kim yoxdur" dedilər, tanımadıqları 400 nəfər gəldi
12:21 12 Yanvar 2016
96 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə iki gənc evlənmək qərarına gəlsə də, ailələri yanlarında olmadığı üçün toylarına qatılacaq kimsələri olmayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gəlin Müzeyyen İrik "Facebook"da üzv olduğu bir qrupda "mənim ailəm sizsiniz, bu xoşbəxt günümdə yanımda olmağınızı istəyirəm" yazaraq vəziyyəti başa salıb.

Türkiyənin dörd bir tərəfindən 100 minə yaxın üzvü olan qrupun təxminən 400 nəfəri müxtəlif üsullardan - yolda təsadüfi maşın saxlamaq, velosiped, motosiklet - istifadə edərək toya qatılıb. Mersində baş tutan toyun keçirildiyi salonun yarısı yoldan gələn gənclərin çantaları ilə dolub.

Qrupun yaradıcısı bu haqda açıqlama da verib:

"Gəlin olan dostumuz bundan 20 gün əvvəl vəziyyəti başa saldı. Biz də dərhal aramızda toplantı təşkil etdik. Bəy Almaniyadan gələnə kimi, biz də Mersinə yola düşdük. Nəticədə, bir-birini tanımayan insanların düşünmədən gəldikləri 400 nəfərlik maraqlı toy alındı".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR