Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda öldürülən jurnalistin məhkəməsi qalmaqalla başladı

Bakıda öldürülən jurnalistin məhkəməsi qalmaqalla başladı

Date: 12 January 2016 12:26

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlərin məhkəmə prosesi başlayıb. Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başlayıb. ANS PRESS-in virtualaz.org-a istinadla verdiyi məlumta görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar.

İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.


Məhkəmənin qarşısı


Məhkəmənin hazırlıq iclası yanvarın 5-də olub. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə keçirilir. İclasda iş üzrə ittiham aktı elan olunub.
Məhkəmə iclasında zərəçəkmiş tərəfin vəkilləri çıxış edərək işə yenidən baxılması üçün istintaqa qaytarılmasını, R.Əliyevin müalicə həkimlərinin şahid qismində çağırılmaları barədə vəsatət qaldırıblar.


Məhkəmə prosesi keçirilən ərazi

ANS PRESS-in məlumatına görə, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dekabr ayında öldürülən jurnalist Rasim Əliyevin döyüldüyü anın video görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, video görüntülərdə Rasim Əliyevin avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları ilə görüşü və onun vurulması əksini tapıb.





Tags:  Bakıda öldürülən jurnalistin məhkəməsi qalmaqalla başladı

RƏYLƏR


Top news