Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Milan" "Yuventus"dan nümunə götürməlidir"

""Milan" "Yuventus"dan nümunə götürməlidir"

Date: 12 January 2016 12:32

"Milan"ın keçmiş futbolçusu Kaka komandanın hazırki durumu barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Orlando City"nin şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi kluba bu vəziyyətdən çıxmağın yolunu da göstərib.

""Milan"da nə baş verdiyini söyləmək çətindir. "Rossoneri" yaxşı günlərini yaşamır. Amma vəziyyətin düzələcəyinə ümid edirəm. "Yuventus" nümunə kimi göstərilə bilər. Onlar B Seriyasından Çempionlar Liqasının finalına qədər yol keçiblər. Eyni çempionatdan olan komanda üçün analoji yolu təkrar getmək asan deyil. Lakin "Milan"a bu lazımdır".

Milli.Az


Tags:  Milan Yuventusdan nümunə götürməlidir

RƏYLƏR


Top news