KİV: Hurqadada otelə basqının hədəfi rusiyalı turistlər olub

KİV: Hurqadada otelə basqının hədəfi rusiyalı turistlər olub
12:33 12 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 12 yanvar, AZƏRTAC
Hurqadada otelə basqın etmiş iki misirlinin məqsədi rusiyalı turistlərə hücum etmək olub. Misir dövlət təhlükəsizlik xidmətinin prokurorluğu hadisə ilə əlaqədar istintaq aparır. Bu barədə xəbəri Misirin “Əl-Məsri əl-Yaum” nəşri istintaq məlumatlarına istinadla yayıb.
Saxlanılmış cinayətkar öz ifadəsində etiraf edib ki, onların əsas hədəfi RF-nin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar rusiyalılara hücum etmək olub. Radikal əhval-ruhiyyəli cinayətkarlar xaricdə fəaliyyət göstərən silahlı islamçı qruplaşmalara qoşulmaq istəyiblər. Buna nail ola bilmədikdə onlar Hurqadada turistlərə hücum etməyi planlaşdırıblar.
Xatırladaq ki, yanvarın 8-də əllərində soyuq silah olan iki şəxs Hurqadadakı “Bella Vista Resort” otelində turistlərə hücum edib. Hücum nəticəsində 3 nəfər avropalı turist yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb, ikincisi isə yaralanaraq həbs edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KIV_Hurqadada_otele_basqinin_hedefi_rusiyali_turistler_olub-917685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR