Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Nar” daha bir təhsil layihəsinə dəstək verdi

“Nar” daha bir təhsil layihəsinə dəstək verdi

Tarix: 12 Yanvar 2016 12:33

Bakı. Trend:

Mobil operatorun tərəfdaşı olduğu “Sinif icmaları” plan müsabiqəsi başa çatdı.

Şirkətdən Trend-ə verilən məlumata görə, hər zaman təhsil və maariflənmənin, elm və mədəniyyətin inkişafına xüsusi önəm vermiş “Nar” daha bir təhsil layihəsinə dəstək verdi. “Sinif icmaları” plan müsabiqəsi şagirdlərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı və qarşılıqlı ünsiyyət imkanlarının gücləndirilməsinə yönəldilmiş bir layihə idi.

“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında keçirilmiş müsabiqə qalibləri öz sinif planlarının ən yaxşı olduğunu sübut edərək qiymətli hədiyyələrə layiq görüldülər. Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi və aralarında “Nar” mobil operatorunun da olduğu bir sıra şirkət və qurumların tərəfdaşlığı ilə keçirilmiş müsabiqə ölkədə təhsilin inkişafına öz töhfəsini vermiş daha bir uğurlu aksiya oldu.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Nar təhsil layihəsinə dəstək verdi



RƏYLƏR


Top xəbərlər