Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tezliklə Bərdənin bütün kəndlərinin qazlaşdırılması başa çatdırılacaq

Tezliklə Bərdənin bütün kəndlərinin qazlaşdırılması başa çatdırılacaq

Date: 12 January 2016 12:38


Bərdə, 12 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Tezliklə Bərdənin bütün kəndlərində əhali təbii qazdan istifadə edəcək.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. İndiyədək Bərdə şəhəri və rayonun 109 kəndindən 90-ı “mavi yanacaq”la təmin olunub. Hazırda 16 kənddə qaz xətlərinin çəkilişi davam etdirilir. Üç kəndin qazlaşdırılması üçün isə hazırlıq işləri görülür. Tezliklə rayonun bütün kəndlərində əhali təbii qazdan istifadə edəcək.
Qeyd edək ki, təkcə ötən il Bərdə rayonunda 400,1 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək 28 kənd qazlaşdırılıb, 5072 abonentə təbii qaz verilib.



Tags:  Tezliklə Bərdənin bütün kəndlərinin qazlaşdırılması başa çatdırılacaq


RƏYLƏR


Top news