Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bank yerli İT şirkətin köməyi ilə texnologiyalarını real vaxt rejimində yenilədi

Azərbaycanda bank yerli İT şirkətin köməyi ilə texnologiyalarını real vaxt rejimində yenilədi

Date: 12 January 2016 12:43

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən Bank BTB bütün məlumatların yeni əsas Verilənlər Mərkəzinə (Data Center) köçürülməsini (miqrasiyasını) real vaxt rejimində 48 saat müddətində həyata keçirmişdir. SINAM şirkəti tərəfindən həyata keçirilən bu son dərəcə mürəkkəb texnoloji prosedur nəticəsində Bank BTB öz fəaliyyətini dayandırmamış və bütün bank əməliyyatları standart rejimdə həyata keçirilmişdir.

Bu zaman informasiya sisteminin nə istifadəçiləri, nə də ki bankın müştəriləri sistemdə miqrasiya prosesinin aparılmasını hiss etməmişlər. Bankın iş günü adi qaydada davam etmiş, sistem vasitəsilə həyata keçirilən maliyyə tranzaksiyalarında gecikmə və informasiyanın itməsi halları baş verməmişdir.

Bankın yeni əsas Verilənlər Mərkəzinin ümumi yaddaşı 30 Terabayt təşkil edir və o son nəsil HP Blade serverləri və VmWare vSphere 6.0 əməliyyat sistemi ilə təchiz olunmuşdur. Hazırda bankın bütün məlumatları əsas Verilənlər Mərkəzi ilə yanaşı Ehtiyat Mərkəzə də replikasiya olunur.

Bank BTB-nin İnformasiya texnologiyaları departamentinin rəisi Rəşad Nəsirovun sözlərinə görə, yeni mərkəzin istifadəyə verilməsi bankın Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ilə birbaşa bağlıdır. O qeyd etdi ki, bank əməliyyatlarını dayandırmadan məlumatların bir mərkəzdən digər mərkəzə köçürülməsi peşəkar texnoloji mütəxəssis komandası sayəsində mümkün olmuşdur. Yeni mərkəzdə tətbiq olunan yeni texnologiyalar virtuallaşdırma üçün şərait yaratmışdır. Bank məlumatlarının daha sürətli işlənməsi və onların qorunması üçün yeni mərkəz daha geniş imkanlara malikdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda bank yerli İT şirkətin köməyi texnologiyalarını real vaxt rejimində yenilədi


RƏYLƏR


Top news