Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİQQƏT! Sabah Bakıda güclü külək olacaq

DİQQƏT! Sabah Bakıda güclü külək olacaq

Date: 12 January 2016 12:44

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havaşəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

 

Yanvarın 13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz gilavar küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gündə mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.  


Tags:  DİQQƏT Sabah Bakıda güclü külək olacaq

RƏYLƏR


Top news