OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək

OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək
12:47 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək.
"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Görüş OPEK-a üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək. 
Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/neftin-hazirki-qiymetine-gore-opek-fovqelade-toplanti-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR