Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yeni avtobus marşrutu açılır

Bakıda yeni avtobus marşrutu açılır

Date: 12 January 2016 12:56

Yaxın günlərdə Bakı şəhərində daha bir avtobus marşrut xəttinin açılması planlaşdırılır. Belə ki, paytaxtda sərnişin daşınması ilə məşğul olan "BakuBus" MMC-nin növbəti marşrut xəttinin açılması nəzərdə tutulub.

Axşam.az xəbər verir ki, yeni xəttin C.Naxçıvanski-Gəncə prospketi-Ukrayna dairəsi-"Nargilə" kafesi-Nobel prospekti-"20-ci Sahə" yaşayış massivi marşrutu əhatə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, hazırda "BakuBus"ın paytaxtda "H1", 1, 2, 3, 4, 5, 6, 8 və 14 nömrəli marşrut xətləri fəaliyyət göstərir.


Tags:  avtobus marsrut xətti bakubus bakubus mmc marsrut xetti

RƏYLƏR


Top news