SOCAR ötən il büdcəyə 1,5 mlrd. manat ödəyib

SOCAR ötən il büdcəyə 1,5 mlrd. manat ödəyib
13:02 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75,32 mln. manat vəsait ödəyib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumiyyətlə, 2015-ci ildə büdcəyə 1 480,195 mln. manat vəsait ödənilib. 
Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,688 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 8,4% çoxdur. 
Qeyd edək ki, 2015-ci ilin yanvar-dekabr aylarında isə Şirkət tərəfindən DSMF-yə ödəniş 139,294 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-oten-il-budceye-1-5-mlrd-manata-yaxin-vesait-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR