"Gürcüstanın qazla təchizatında problem yoxdur" - SOCAR

"Gürcüstanın qazla təchizatında problem yoxdur" - SOCAR
13:04 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" Gürcüstanın Neft və Qaz Korporasiyasının SOCAR-ın bu ölkəni qazla fasiləsiz təmin edə bilməməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov “APA-Economics”ə bildirib ki, qaz təchizatında texniki fasilələrin yaranması normal haldır, lakin son günlər belı bir problem müşahidə olunmayıb: "Biz David Tvalabeişvili ilə mütəmadi əlaqədəyik. Hazırda biz Gürcüstanın qaza olan tələbatını təmin edirik. Bu günlərdə Gürcüstanın qaz təchizatı bağlı heç bir problem yaşanmayıb. Cənab Tvalabeişvilinin nəyi nəzərdə tutduğunu deyə bilmərəm".

 

Baş direktor deyib ki, bu gün Gürcüstan 3 qaz kəməri vasitəsi ilə mavi yanacaq alır: "Bunlardan birincisi və ən böyük həcmə malik olan (6-6,5 milyard kubmetr) SOCAR-a məxsus qaz kəməridir. İkinci qaz kəməri "Şahdəniz" qaz kəməridir. Bu kəmərlə tələbatdan asılı olaraq 2,7-3 milyard kubmetr qaz nəql etmək mümkündür. Üçüncü qaz kəməri Rusiyadan gələn qaz kəməridir. Hazırda hər 3 qaz kəməri ilə nəql normal qaydada davam edir və öz aralarında ümumi balansını pozmurlar".

 

Xatırladaq ki, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir.

 

O qeyd edib ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb: "Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR