"Qarabağ"ın futbolçusu "Kəpəz"ə keçir

"Qarabağ"ın futbolçusu "Kəpəz"ə keçir
13:17 12 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Gəncənin "Kəpəz" futbol klubu məşqlərini Yevlaxda keçirir

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Topaz Premyer Liqasının qış fasiləsində istirahətini başa vuran "Kəpəz" futbol klubu məşqlərini bərpa edib. Yevlaxda bir araya gələn komanda üzvləri artıq hazırlığa başlayıblar. Futbolçular gündə iki dəfə - səhər və axşam saatlarında məşqə çıxırlar. "Sarı-göylər" yanvarın 18-nə kimi Yevlaxda hazırlıqlarını davam etdirəcəklər.

"Biz bu 7 günlük təlim-məşq toplanışında əsasən fiziki təmrinlər üzərində işləyəcəyik. Fizikamızı bərpa eləmək üçün çalışacağıq. Bu gün ikinci məşqimizdir. Uşaqlar həvəslə məşq edirlər, verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırlar. Bu da məni məşqçi kimi sevindirirlər", - deyə "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib.

Əsas komanda ilə yanaşı, "Kəpəz"in əvəzedici heyəti də Yevlaxda təlim-məşq toplanışındadır. Elə hər iki komanda hazırlıqlarını da birlikdə davam etdirirlər. Plana əsasən, Nizami yurdunun təmsilçisi üç yoxlama oyunu keçirəcək. Belə görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Bildirək ki, "Kəpəz" Aleksandr Sidnik, Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla artıq yollarını ayırıb. "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərovla isə yaxın günlərdə müqavilə imzalanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR