Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neftçi“nin sabiq üzvü Fransa klubunda

“Neftçi“nin sabiq üzvü Fransa klubunda

Date: 12 January 2016 13:22

"Neftçi"nin sabiq üzvü Ernest Nfor karyerasını Fransada davam etdirə bilər. Fanat.az Fransa mətbuatına istinadən xəbər verir ki, kamerunlu forvard "Soşo"ya keçməyə yaxındı.

Hazırda tərəflər müqavilənin detallarını müzakirə edir. Nforun Liqa 2 klubu ilə rəsmi anlaşmanı sabah imzalaması gözlənilir.

Qeyd edək ki, Nfor 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. Bu müddətdə 64 rəsmi oyuna çıxan futbolçu 14 qol vurub. Kamerun millisinin sabiq üzvü əvvəllər vətənində "Sable", Belçikada "Gent", "Deinze", "Kortrik" və "Sulte Varegem" klublarında çıxış edib.

Fanat.az 

Tags:  Neftçinin sabiq üzvü Fransa klubunda

RƏYLƏR


Top news