Bank VTB (Azərbaycan) “Müştəriyə dəstək” güzəşt proqramını təklif edir

Bank VTB (Azərbaycan) “Müştəriyə dəstək” güzəşt proqramını təklif edir
13:23 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Bank VTB (Azərbaycan)" kredit ödənişlərində çətinliklə üzləşən müştəriləri üçün xüsusi tədbirlər proqramı hazırlayıb. Bankdan Trend-ə verilən məlumata görə, proqrama əsasən, Bank, kredit borcunu ödəmək üçün müştərilərinə üç təklif təqdim edir ki, bu, həm aylıq ödənişləri, həm də kredit üzrə faiz dərəcəsini azaltmağa imkan verəcək.

Güzəşt proqramının birinci bəndi iş yerini və ya əsas gəlir mənbəyini itirmiş müştərilər üçün nəzərdə tutulub. "Bank VTB (Azərbaycan)" çətin vəziyyətlə üzləşmiş belə müştərilərini dəstəkləməyi vacib hesab edir və bu kateqoriyaya aid müştərilərinə 6 aylıq güzəşt müddətində aylıq ödənişləri əhəmiyyətli dərəcədə azaltmaq imkanı yaradır. Belə ki, güzəşt müddəti ərzində "Avtokredit" və "Girovlu istehlak krediti" olan müştərilərə aylıq annuitet ödənişlərinin cəmi 10%-ni, "Nağd kredit" məhsulu üzrə borcu olanlara isə 15%-ni ödəmək təklif olunur. Bundan başqa, kreditlərin ödəniş müddəti "Girovlu istehlak krediti" məhsulu üzrə 84 aya qədər, digər kredit məhsulları üzrə isə 60 aya qədər uzadıla bilər. Güzəşt dövrü ərzində minimal ödənişləri gecikməsiz həyata keçirən müştərilərə Bank kreditin ödənişi üzrə əlavə güzəştlər də təklif edəcək. Qeyd edək ki, 6 aydan sonra da müştəri işlə təmin olunmazsa, güzəşt müddətinin uzadılması mümkündür.

"Devalvasiyadan əvvəl ödədiyindən daha az ödə" ideyasını ifadə edən ikinci təklif dollarla krediti olan müştərilərə aiddir. Bu şəxslərə VTB (Azərbaycan) 12 aylıq güzəşt dövrü ərzində aylıq ödənişlərin azaldılmasını təklif edir. Müştərinin gəlirindən və borc yükündən asılı olaraq, aylıq ödəniş üzrə maksimal endirim 50% təşkil edə bilər. Bu, dollar krediti olan müştərilərin borc yükünü azaltmağa imkan yaradacaq. Bundan başqa, sözügedən təklif üzrə kredit müddətinin "Girovlu istehlak krediti" məhsulu üzrə 84 aya qədər, digər kredit məhsulları üzrə 60 aya qədər uzatmaq imkanı verilir. Bu təklifin əsas üstünlüklərindən biri güzəşt müddəti bitdikdə kreditin faiz dərəcəsi üzrə əhəmiyyətli endirim almaq imkanıdır. Güzəşt müddəti ərzində aylıq ödəmələrini gecikməsiz həyata keçirən müştərilər üçün Bank, faiz dərəcəsini 25% azaltmağa hazırdır.

Həmçinin, manat və rublda krediti olan müştərilər üçün də sərfəli təkliflər hazırlanıb. Gəlir və borc yükündən asılı olaraq, bu müştərilərə ilk 12 ay müddətinə aylıq ödənişin 30%-dək azaldılması və fərdi ödəniş qrafikinin tərtib edilməsi təklif olunur. Bu kateqoriyaya aid müştərilərə də kredit müddətinin uzadılması imkanı veriləcək.

"Bank VTB (Azərbaycan)" hər zaman olduğu kimi, bu gün də müştərilərinin yanındadır və çətinliklərin həllində onlara kömək etməyə hazırdır. Məhz buna görə, "Müştəriyə dəstək" adlı xüsusi proqram hazırlamışıq. Bu proqram çərçivəsində VTB (Azərbaycan) öz müştəriləri üçün əhəmiyyətli güzəştlər təklif edir. Güzəştlər tək dollarda olan kreditlərə aid deyil, bankımız eləcə də manat və rublla krediti olan müştərilərimizin borc yükünü azaltmağı nəzərdə tutur.

Əminik ki, birlikdə bütün çətinliklərin öhdəsindən gələ bilərik!", - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

29 İyul 2017 15:58

Dənizdə batan 2 nəfər xilas edildi

29 İyul 2017 15:57

Azərbaycandan tütün ixracı 5% artıb

29 İyul 2017 15:57

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

29 İyul 2017 15:57

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09