Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il 29 min nəfərin məşğulluğu təmin olunub

Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il 29 min nəfərin məşğulluğu təmin olunub
13:23 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq tədbirləri vasitəsilə səmərəli məşğulluğunun təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb. Hesabat dövründə Xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindnən AZƏRTAC-a bildiriblər ki, ötən il işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələrinin təmin edilməsi də diqqətdə saxlanılıb.
Bu dövrdə ümumilikdə 4147 nəfər şəxs kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 4117 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.
İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1626 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib. Ötən il düzgün peşə seçmələrinə köməklik məqsədilə 114 min 569 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Mesgulluq_Xidmeti_terefinden_oten_il_29_min_neferin_mesgullugu_temin_olunub-917702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR