Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Date: 12 January 2016 13:28


Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Mərhəmət Sədirovdan 5,15, Bakı sakinləri Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb.
BŞBPİ-dən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onların Bakı sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsindəki bağ evindən velosiped, qədim samovar, 3 mis məcməyi, külqabı, 2 xəncər, geyim və elektron məişət əşyaları oğurladıqları müəyyənləşdirilib.
Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Tags:  Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar


RƏYLƏR


Top news