Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO
13:32 12 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Milil.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.

Səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Lahssan Boufares etimadnaməsini prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Azərbaycan prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini dedi. Dövlətimizin başçısı, həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı. O, Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

X X X 

Milil.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 12-də Monqolustan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.

Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Badamdorj Batxişiq etimadnaməsini prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin xalqlarımız və ölkələrimiz üçün önəmli olduğunu vurğuladı. Azərbaycan ilə Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Badamdorj Batxişiq Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Səfir ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

29 İyul 2017 15:58

Dənizdə batan 2 nəfər xilas edildi

29 İyul 2017 15:57

Azərbaycandan tütün ixracı 5% artıb

29 İyul 2017 15:57

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

29 İyul 2017 15:57

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09