Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gədəbəydə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı təlimlər təşkil olunub

Gədəbəydə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı təlimlər təşkil olunub

Date: 12 January 2016 13:33


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyət göstərən Sağlam həyat tərzi üzrə gənc təlimçilərin Resurs Mərkəzinin dəstəyi ilə Gədəbəy rayonunda “Yaşatmağı bacar” adlı ilkin tibbi yardımla bağlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində rayonun Plan, Miskinli, Çalburun kəndlərində təlimlər təşkil edilib. Layihə rəhbəri Türkan Nəsibova əsas məqsədin rayon məktəblilərini fövqəladə hallar zamanı ilkin tibbi yardımla bağlı maarifləndirməkdən ibarət olduğunu bildirib.


Tags:  Gədəbəydə ilkin tibbi yardımın göstərilməsi bağlı təlimlər təşkil olunub


RƏYLƏR


Top news