Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçirilib

İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçirilib

Date: 12 January 2016 13:33


İslamabad, 12 yanvar, AZƏRTAC 
ABŞ, Çin, Pakistan və Əfqanıstan nümayəndələri İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçiriblər.
Görüşdə bildirilib ki, son vaxtlar Əfqanıstanda vəziyyət daha da gərginləşib və bunun qarşısı alınmalıdır. Qeyd olunub ki, ABŞ, Çin və Pakistan Əfqanıstan probleminin tezliklə tənzimlənməsində maraqlıdırlar. Tərəflər problemin sülh yolu ilə, Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini qeyd ediblər.
Müzakirələr zamanı ikinci dördtərəfli görüşün yanvarın 18-də Kabildə keçirilməsi qərara alınıb. Həmin görüşdə problemin həlli ilə bağlı “yol xəritəsi”nin hazırlanması nəzərdə tutulur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Tags:  İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçirilib


RƏYLƏR


Top news