AHİK qalib tələbələri mükafatlandırıb

AHİK qalib tələbələri mükafatlandırıb
13:43 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Şahin Hüseynzadə, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında təşkil edilmiş futzal, “Nə? Harada? Nə zaman?” intellektual yarışları və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.
Sonra “Nə? Harada? Nə zaman?” intellektual yarışında birinci, ikinci və üçüncü yerləri tutmuş Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin (BDU) komandaları, həmçinin futzal yarışlarının qalibi olmuş BDU, ADİU və Gəncə Dövlət Universitetinin komandaları mükafatlandırılıblar.
Tədbirdə həmçinin “İlin peşəkar gənci” müsabiqəsində orta və ali təhsil müəssisələrinin yüksək nəticələr göstərmiş 20 müəllimi mükafatlandırılıb, fəxri fərmanlar təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AHIK_qalib_telebeleri_mukafatlandirib-917711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR