Xosep Qvardiola Premyer Liqada çalışan həmkarlarından üzr istəyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis "Bavariya"nı mövsümün sonunda tərk edəcəyi və İngiltərədə işləmək istədiyi barədə fikirlərinə görə bunu edib.
"Üzr istəyirəm. Futbolçu və məşqçi karyeramda həmkarlarıma hər zaman hörmət etmişəm. Hörmətsizlik etmək istəmirdim. Yeni klubun adı müqaviləyə imza atan kimi açıqlanacaq".
Qvardiolanın Premyer Liqaya gəlmək istədiyini deməsi Mançesterin iki klubunda çalışan mütəxəssisin daha çox təzyiqə məruz qalmasına səbəb oldu. "Siti"nin çalışdırıcısı Manuel Pelleqrini titul qazanmağın belə onu xilas etməyəcəyini, Lui van Qal isə istefaya, lazım gəlsə, özünün gedəcəyini bildirmişdi.
Milli.Az