Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan İnvestisiya Şirkəti 450 mln. dollar xarici investisiya cəlb edib

Date: 12 January 2016 14:07

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu layihələrə 450 mln. dollar həcmində birbaşa xarici investisiyalar cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.
"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Tags:  Azərbaycan İnvestisiya Şirkəti 450 mln dollar xarici investisiya cəlb edib

RƏYLƏR


Top news