Məlahət Abbasova: "Röyanı elə bir adam tapşırıb ki, ona görə susmalıyam"

Məlahət Abbasova: "Röyanı elə bir adam tapşırıb ki, ona görə susmalıyam"
14:17 12 Yanvar 2016
504 Digər
Ölkə mətbuatı
A- A+

Aktrisa Məlahət Abbasova əməkdar artist Röya Ayxana cavab vermək istəməyib. 

Milli.Az xəbər verir ki, big.az-ın əməkdaşı ilə söhbətləşən aktrisa bunları qeyd edib: 
 
"Röyanın verilişdə haqqımda danışdıqlarını eşitmişəm. Şokdayam. Sadəcə, bir sənət adamının elə fikirlər səsləndirməsini anlamıram. Bir şey var, ona görə susuram. Heç kəsdən qorxmuram. Elə bir adam tapşırıb ki, ona görə susmalıyam. Həmin adam vəzifəli şəxs deyil. Bir neçə günlük Azərbaycana gəlmişəm, burada dava salmaq fikrində deyiləm. Röya İnstaqramda məni blok etdiyindən paylaşdıqlarını görmürəm. Türkiyədə də şou var, amma mən hələ belə bir halla qarşılaşmamışam. Xahiş edirəm, əlavə heç bir şey yazmayın, çünki mən susuram".

Xatırladaq ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. 

Röya isə cavabında aktrisa haqda bu fikirləri bildirmişdi:

"50 ildir gedib Türkiyədə oturan biri hələ heç bir iş görməyib, İnstaqramda haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, yoxsa ürəyim partlayardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR