Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutulub

Date: 12 January 2016 14:23


Bakı, 12 yanvar, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 88 cinayət faktı qeydə alınıb. Onların 40-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.

Tags:  Cinayət Məcəlləsinin müxtəlif maddələri axtarılan 15 nəfər tutulub


RƏYLƏR


Top news