Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqili Teatrda “Silva” nümayiş etdiriləcək

Musiqili Teatrda “Silva” nümayiş etdiriləcək

Date: 12 January 2016 14:29

 

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlanıb. Teatrdan Lent.az-a verilən məlumata görə, yaradıcı heyət İmre Kalmanın “Silva” operettasını səhnələşdirməyə hazırlaşır. Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Həbibov ifa edirlər.

 

Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.

 


Tags:  Musiqili Teatrda Silva nümayiş etdiriləcək

RƏYLƏR


Top news