"Allahım ondansa canımı al..." - Elnarə Abdullayeva

"Allahım ondansa canımı al..." -  Elnarə Abdullayeva
14:31 12 Yanvar 2016
116 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elnarə Abdullayeva “Nanəli” verilişində göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı səsinin batdığı dövrləri xatırlayıb:

“2000-ci ildə səs telimdən əməliyyat olundum. Danışa da bilmirdim, istədiklərimi yazırdım. 1 ilə yaxın səssiz qaldım. Bir musiqi səsi belə eşidə bilmirdim. Evdəkilər televizorda, radioda musiqi olan kimi söndürürdülər. Həkimə deyirdim ki, heç olmasa danışım. Oxuyan insan hansı hala düşə bilər? Gecə-gündüz Allaha yalvarırdım: "Allahım bunu sən idin verən, sən də alırsan. Amma Allahım ondansa, canımı al, yaşamasam ondan yaxşıdır". Sonra möcüzə oldu, səsim açıldı. Hamı təəccüblənirdi ki, dünyada bəlkə dəi lk dəfədir belə hadisə olur”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR