"Meşə materiallarının qiyməti artmayıb"

"Meşə materiallarının qiyməti artmayıb"
14:32 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

"MM.ORBİTA-LTD" MMC meşə materiallarının qiyməti ilə bağlı açıqlama verib. Milli.Az bildirir ki, açıqlamada deyilir:

"Bildiririk ki, "MM.ORBİTA-LTD" MMC 1997-ci ildən Rusiya Federasiyası, Ukrayna və Belarus respublikalarından meşə materiallarının idaxlı ilə məşğuldur. Bəzi saytlardan məlum olub ki, idxal olunan meşə materiallarının qiymətlərində artımlar olub.  Lakin biz meşə materiallarının idxalı ilə məşğul olan "MM.ORBİTA-LTD" MMC olaraq bildiririk ki, idxal etdiyimiz meşə materiallarının idxalında gömrük ödəmələrində artım yox, əksinə, əhəmiyyətli dərəcədə azalma olmuşdur.  Əlavə olaraq bildiririk ki, meşə materiallarının idxalı zamanı Bakı Baş Gömrük İdarəsində Gömrük rəsmiləşdirilməsi idxal sənədləri əsasında aparılır və 20 dəqiqə ərzində bu rəsmiləşmə başa çatır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR