"ASAN Xidmət"lə "Azərişığ"a müraciətlərin sayı 15 mini ötüb

14:32 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Müraciət etmiş abonentlərin 2 836 nəfəri yaxud 18,85%-i ad dəyişmə xidmətinə görə, 4 346 nəfəri yaxud 28,89%-i borcun araşdırılması ilə bağlı, 1 136 nəfəri yaxud 7,55%-i borcun olmamasına dair arayışın verilməsi üçün və 6 728 nəfəri və ya 44,72%-i isə texniki şərt alınması üçün müraciət edib.
Qeyd edək ki, “Azərişıq” “ASAN Xidmət"ə 2014-cü ilin mayın 15-dən qoşulub.
Xatırladaq ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/asan-xidmet-le-azerisig-a-muracietlerin-sayi-15-mini-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR