Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi

Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi
14:33 12 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Sağ qalmış”, “Çirkin səkkizlik” və “Salam, ata, Yeni il” adlı filmlərin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sağ qalmış” filmini Mark L. Smitin ssenarisi əsasında rejissor Alexandro Qonsales İnyarritu triller, vestern, macəra və dram janrında çəkib.
Filmdəki rollara Leonardo Di Kaprio, Tom Xardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkilib.
Triller, dram, komediya, detektiv və vestern janrında çəkilmiş “Çirkin səkkizlik” filminin rejissoru və ssenari müəllifi Kventin Tarantinodur.
Rolları Kurt Rassel, Semuel L.Cekson, Tim Rot, Maykl Medsen, Cennifer Ceyson Li, Uolton Qoqqins, Demian Bişir, Bryus Dern, Ceyms Parks, Dena Qurye və başqa aktyorlar canlandırıblar.
“Salam, ata, Yeni il” komediyasını rejissor Şon Anders lentə alıb. Filmdə Uill Ferrell, Mark Uolberq, Linda Kardellini, Tomas Xeyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkilib.
AZƏRTAC – 0 –



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinin_ekraninda_uch_yeni_Amerika_filmi-917725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR