Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Xoşum gələn oğlanları atamla tanış edirdim..." - FOTO

"Xoşum gələn oğlanları atamla tanış edirdim..." - FOTO

Date: 12 January 2016 17:26

Rusiyalı məşhur reper Timatinin sevgilisi Anastasiya Reşetova müsahibə verib.

Milli.az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Miss Rusiya-2014" gözəllik yarışının ikincisi olan Anastasiya şəxsi həyatı barədə verilən sualları cavablandırıb. 

19 yaşlı model müsahibəsində bildirib ki, ən böyük arzusu televiziyada aparıcı olmaqdır.

"Ən böyük televiziya aparıcısı olmaq istəyirdim. Uşaq vaxtında isə arzum fərqli idi, prezident olmaq niyyətində idim. Görünür ki, məni siyasət uşaqlıqdan özünə cəlb edib. Məqsədim böyük məbləğdə pul qazanmaq deyil. Ən vacibi sağlam və möhkəm ailə qurmaqdır. Mənə görə, qadının əsas funksiyası uşaq dünyaya gətirməkdir".

Rusiya gözəlinə atası müəyyən qadağalar qoyub:

"Anamla atam ayrı olublar, mən isə atamın yanında qalırdım. O məni tərbiyə edib. Gecə 9-da evdə olmalı idim, mənə gecə gəzintiləri qadağan olunmuşdu. Xoşum gələn oğlanları atamla tanış etməli idim".

Anastasiya Timati ilə tanış olmağından danışıb:

"Ümumi dostlarımız vasitəsilə tanış olduq. Kişilərdə məni intellekt, cəsarət cəlb edir. Ailə qurmağa hazıram, gənc yaşda ana olmaq istəyirəm. Nikahdankənar uşaq dünyaya gətirməyin tərəfdarı deyiləm. Ailə həyatı qurub, övlad dünyaya gətirmək niyyətim var".

Anastasiya Reşetovanın fotolarını təqdim edirik:









Tags:  anastasiya resetova timati anastasiya resetova anastasiya resetovanin fotolari

RƏYLƏR


Top news