Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Universitet intihar edən tələbələrinin atasının rüşvətlə bağlı iddiasına rəsmi açıqlama verib

Universitet intihar edən tələbələrinin atasının rüşvətlə bağlı iddiasına rəsmi açıqlama verib

Date: 12 January 2016 14:38

Bakı. Ilhamə İsabalayeva- Trend:

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin intihar edən I kurs tələbəsi Rumiyyə Qasımovanın atasının qızından imtahana görə rüşvətin istənilməsi ilə bağlı səsləndirdiyi iddiaya rəsmi açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Nazpəri Cəlili Trend-ə açıqlamasında rüşvətlə bağlı iddiaları təkzib edib.

Onun sözlərinə görə, məktəblərdə imtahan sessiyalarının keçirilməsinə rektorluq tərəfindən ciddi nəzarət edilir və imtahanlara görə pulun yığılması qadağan edilib:

“Universitetə yeni qəbul olunan I kurs tələbələri özləri imtahana görə pul verirlər, ancaq pul götürülmür. Rumiyyə qrupda imtahandan ən aşağı nəticə göstərənlərdən biri idi. Əgər hansısa tələbənin narazılığı var idisə, o, apelyasiya komissiyasına və rektorluğa müarciət edə bilərdi. Məhkəmə bunu araşdıracaq və məsələlərə aydınlıq gələcək”.

Qeyd edək ki, R.Qasımovanın meyiti dəniz sahilində tapılıb. Atasının verdiyi açıqlamaya görə, imtahanlara görə pul istənilib: “Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəm”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Universitet intihar edən tələbələrinin atasının rüşvətlə bağlı iddiasına rəsmi açıqlama verib

RƏYLƏR


Top news