Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə başladı

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə başladı

Date: 12 January 2016 14:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistlərin iştirakına imkan verilməyib.

 

İclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Daha sonra hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Onlar döyülmək faktı üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

 

Təqsirləndirilən Elşən İsmayılov bu hadisədən Cavid Hüseynovun xəbərinin olmadığını açıqlayıb. Digər təqsirləndirilən Camal Məmmədov isə insanın bir təpiklə öləcəyini gözləmədiyini, baş verən hadisədən peşman olduğunu deyib.

 

Proses yanvarın 14-də davam etdiriləcək.

 

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.


Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.(APA)


Fanat.az


Tags:  Rasim Əliyevin ölümü bağlı məhkəmə başladı

RƏYLƏR


Top news