Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada azərbaycanlı gənci qətlə yetirən erməninin cinayət işi məhkəməyə göndərilib

Rusiyada azərbaycanlı gənci qətlə yetirən erməninin cinayət işi məhkəməyə göndərilib

Date: 12 January 2016 14:52

Rusiyanın Volqoqrad şəhərində əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Hacımurad Çiriyevi qətlə yetirən erməninin məhkəməsi başlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya vətəndaşı Hacımurad Nəbi oğlu Çiriyevi qətə yetirməkdə təqsirli bilinən 34 yaşlı Artаk Virabyanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları məhkəməyə göndərilib. 

Xatırladaq ki, qətl hadisəsi ötən il sentyabrın 13-də baş verib. Hacımurad Çiriyev və dostları yeyib-içdikdən sonra şəhərdə ermənilərin sahibi olduğu "Bariton" adlı bara getməyə qərar veriblər. Barda onlarla ermənilər arasında mübahisə yaranıb. Barın sahibi Artak Virabyan avtomobilində olan "Sayqa" tipli tüfəngi götürərək Hacımurad Çiriyevə atəş açıb. Nəticədə H. Çiriyev aldığı güllə yarasından ölüb.
 
Qeyd edək ki, A. Virabyan Volqoqraddakı erməni diasporuna bir müddət rəhbərlik etmiş Vyaçeslav Virabyanın oğludur.  

Milli.Az


Tags:  Rusiyada azərbaycanlı gənci qətlə yetirən erməninin cinayət işi məhkəməyə göndərilib


RƏYLƏR


Top news