Gürcüstanda 27 nəfər "donuz qripi"nə yoluxdu

Gürcüstanda 27 nəfər "donuz qripi"nə yoluxdu
14:52 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda ötən ilin dekabr ayından başlayaraq 27 nəfərin "donuz qripi" (H1N1) virusuna yoluxduğu qeydə alınıb.
 
Milli.Az APA-ya istinadən bidirir ki, bunu bu gün Gürcüstan Səhiyyə Nazirliyinin infeksiya və yoluxucu xəstəliklərə nəzarət Departamentinin rəhbəri Paata İmnadze bildirib.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran P. İmnadze qeyd edib ki, təmsil etdiyi qurum H1N1 virusuna qarşı mübarizə aparır: "Vətəndaşlarımızın peyvənd olunmasına başlanılıb. Bu günədək 12 min Gürcüstan vətəndaşı dövlətin dəstəyi ilə peyvənd edilib. Daha 8 min nəfər özəl xəstəxanalarda bu prosesdən keçiblər. Vətəndaşlarımız fevral ayının sonunadək H1N1 virusa qarşı peyvənd olunacaqlar".
 
P. İmnadze Gürcüstan ərazisində H1N1 virusundan ölüm hallarının qeydə alınmadığını bildirib. O, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bu xəstəliyə yoluxma hallarının olmadığını da əlavə edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR