Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Qanlı Yanvar” filminin respublika üzrə nümayişinə başlanılır

“Qanlı Yanvar” filminin respublika üzrə nümayişinə başlanılır

“İçəri Şəhər” filminin kinoteatrlarda nümayişinə başlanılır (14 Fevral 2017 18:37)

Tarix: 12 Yanvar 2016 14:53


Bakı, 12 yanvar, AZƏRTAC
Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filminin məktəb və universitetlərdə nümayişinə başlanılıb.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, film 20 Yanvar faciəsinin 26-cı ildönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində də təqdim ediləcək. Filmin ilk nümayişi Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə baş tutacaq.
Qeyd edək ki, kinorejissor Vahid Mustafayevin "Qanlı yanvar" filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.
Film Azərbaycanı bir çox beynəlxalq film festivallarda təmsil edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb.
“Qanlı Yanvar” filmi Hindistanda, 46-cı Beynəlxalq “Qao” film festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub.
“Qanlı Yanvar” beynəlxalq film festivallarında iştirak etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.
 

Teqlər:  Qanlı Yanvar filminin respublika üzrə nümayişinə başlanılır



RƏYLƏR


Top xəbərlər