Bakıda zavodda kütləvi zəhərlənmə

Bakıda zavodda kütləvi zəhərlənmə
14:54 12 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

 

Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

 

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

 

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəm qardaşı 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR