"İKT qeyri-neft sektorundan əldə olunan gəlirləri xeyli artıra və nəzarət mexanizmlərini gücləndirə bilər"

"İKT qeyri-neft sektorundan əldə olunan gəlirləri xeyli artıra və nəzarət mexanizmlərini gücləndirə bilər"
14:57 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan iqtisadiyyatı 1% geriləyib (16 İyun 2017 17:42)
Azərbaycanda bu il vergi daxilolmalarının 3/4-ü qeyri-neft sektorunun payına düşəcək (16 İyun 2017 11:12)
OPEC-in neft ixracından gəlirləri 11 illik minimuma enib (13 İyun 2017 14:42)

"İKT qeyri-neft sektorundan əldə olunan gəlirləri xeyli artıra və nəzarət mexanizmlərini gücləndirə bilər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib. Daha sonra, o, bunları əlavə edib:

"Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Bu da təbiidir, çünki son 20 ildə ölkəmiz açıq istisadiyyat modeli üzrə iqtisadi strukturlar formalaşdırmışdır. Hər bir modeldə olduğu kimi, açıq-bazar iqtisadiyyatının da çatışmayan cəhətlərindən biri dünyada baş verən ümumi problemlərin milli iqtisadiyyatlara təsiridir. Bu təsirlərdən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın, azad sahibkarlıq fəaliyyətinin yaranmasıdır. Son illər ərzində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi ilə xeyli artmışdır.

Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır.

Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusu İnformasiya Kommunikasiya Texnologiyalarıdır. Əslində müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşmış, bütün sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilmişdir. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə, o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900 mln dollara çatmışdır.

Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi "qara qızılı insan kapitalına çevirəcəyəm" strategiyası hətta o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir.

Azərbaycan prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun və xüsusilə də İKT sektorunun inkişafı üçün çox mühüm məsələlərə toxunmuş və qarşıda duran vəzifələri müəyyən etmişdir.

Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd manat təşkil etmişdir. Dünya təcrübəsinə görə, İKT sektora yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment - ROİ) 3 ildən 5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın arta bilər. Bunu üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə prezidentinin sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılmışdır.

Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, Bilik İqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrini də dolayısı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu müasir dünyada sınaqdan çıxmış ən effektiv yol sayılır.

Bəs bu sahənin inkişafı üçün daha hansı addımlara ehtiyac vardır?

Əslində dünya təcrübəsi göstərir ki, İKT sektorunun inkişafı ilkin olaraq investiyadan daha çox "ideya və mühit"dən daha çox asılıdır. Bu gün dünyada dəyəri və gəlirləri milyardalarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investisiya ilə, amma ideyalar əsasında yaranmışdır. Ölkəmizdə də mühit formalaşsa da, ideya "cücərti"ləri kimi formalaşan startapların hərtərəfli dəstəklənməsinə ehtiyac vardır. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır.

Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkərində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümumi dövriyyədə payının 0.04% olması çox böyük potensialın olmasını göstərir.

Bu gün Azərbaycan İKT məhsullarının, demək olar ki, 90%-dən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat vardır. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər.

Ölkəmiz eyni zamanda böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir.

Qısaca desək, İKT sahəsinin inkişafı üçün ölkədə dövlət tərəfindən əsasən lazımı şərait mövcuddur. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarığın inkişafına böyük zərurət vardır və bu fəaliyyət Azərbaycan ən yüksək səviyyədə dəstəklənir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37