​Azərbaycan millisi Qranatkinin xatirə turnirini 8-ci pillədə başa vurub

​Azərbaycan millisi Qranatkinin xatirə turnirini 8-ci pillədə başa vurub
15:02 12 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ FIFA-nın mərhum I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVIII ənənəvi beynəlxalq turnirə bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu Belarusun U-19 komandasına qarşı keçirib.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 7-ci yer uğrunda mübarizə aparıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən görüşdə Azərbaycan millisinin heyətində Doğukan Öksüz fərqlənib. Daha sonra belaruslu Sergey Diçenkov və Vitali Lisakoviçin qolları sayəsində Belarus yığması 2:1 hesablı qələbə qazanıb. Nəticədə milli komanda turniri 8-ci pillədə başa vurub.
Turnirdə 9-10-cu pillələri müvafiq olaraq Yaponiya və Qazaxıstan komandaları tutub. Bolqarıstan və Moldova 11-12-ci pillələri bölüşüblər. 13-cü pillədə isə Estoniya qərarlaşıb. Sonuncu yeri Litvanın U-17 komandası tutub. 
Finalda Sloveniya və Sankt-Peterburq komandaları üz-üzə gələcək. Sloveniya qrup mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparıb və qrupu ilk pillədə tamamlayıb. Bürünc medal matçı Rusiya və Finlandiya arasında keçiriləcək. 5-ci yer uğrunda Latviya və Slovakiya yığmaları qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisi-qranatkinin-xatire-turnirini-8-ci-pillede-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR