Ötən ilin yayında "Neftçi"dən ayrıldıqdan sonra işsiz qalan Ernest Nfor karyerasını Fransada davam etdirməyə yaxındır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan 30 yaşlı hücumçu "Soşo"ya keçir.
Hazırda Liqa-2 təmsilçisinin rəhbərliyi ilə Nfor arasında danışıqlar gedir. Tərəflər müqavilənin detallarını müzakirə edirlər. Təcrübəli forvarda "Soşo"nun heyətində məşqlərə başlamağa artıq icazə verilib.
Qeyd edək ki, karyerası ərzində "Gent", "Kortriyk", "Tsulte-Varegem" kimi klubların formasını geyinmiş Nfor 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində Azərbaycan çempionatında 48 oyunda 8 qola imza atıb.
Milli.Az