"Neftçi" klubu audit şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15:12 12 Yanvar 2016
14 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"dən bildirilib ki, bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.
Müqaviləni klubun icraçı direktoru Elnur Məmmədov və "PwC Azerbaijan" şirkətinin idarəedici partnyoru Mövlam Paşayev imzalayıb. Tədbirdə "Neftçi"nin əməkdaşları da iştirak edib və PwC şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-klubu-audit-sirketi-ile-emekdasliq-muqavilesi-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR