Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank BTB" texnologiyalarını real vaxt rejimində yenilədi

"Bank BTB" texnologiyalarını real vaxt rejimində yenilədi

Date: 12 January 2016 15:13


Bakı, 12 yanvar, AZƏRTAC
"Bank BTB" (Bakı Tıcarət Bankı) bütün məlumatlarının yeni əsas Verilənlər Mərkəzinə (Data Center) köçürülməsini real vaxt rejimində 48 saat müddətində həyata keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, SINAM şirkəti tərəfindən həyata keçirilən bu son dərəcə mürəkkəb texnoloji prosedur nəticəsində "Bank BTB" öz fəaliyyətini dayandırmayıb və bütün bank əməliyyatları standart rejimdə həyata keçirilib. Bankın iş günü adi qaydada davam edib, sistem vasitəsilə həyata keçirilən maliyyə tranzaksiyalarında gecikmə və informasiyanın itməsi halları baş verməyib.
Bankın yeni əsas Verilənlər Mərkəzinin ümumi yaddaşı 30 terabayt təşkil edir və o, son nəsil HP Blade serverləri və VmWare vSphere 6.0 əməliyyat sistemi ilə təchiz olunub. Hazırda bankın bütün məlumatları əsas Verilənlər Mərkəzi ilə yanaşı, Ehtiyat Mərkəzə də replikasiya olunur.
"Bank BTB"nin İnformasiya texnologiyaları departamentinin rəisi Rəşad Nəsirovun sözlərinə görə, yeni mərkəzin istifadəyə verilməsi bankın Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bank əməliyyatlarını dayandırmadan məlumatların bir mərkəzdən digər mərkəzə köçürülməsi peşəkar texnoloji mütəxəssis komandası sayəsində mümkün olub. Yeni mərkəzdə tətbiq olunan yeni texnologiyalar virtuallaşdırma üçün şərait yaradıb. Bank məlumatlarının daha sürətli işlənməsi və onların qorunması üçün yeni mərkəz daha geniş imkanlara malikdir.

Tags:  Bank BTB texnologiyalarını real vaxt rejimində yenilədi



RƏYLƏR


Top news